Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov əhalini kriptovalyuta ilə əməliyyatlar zamanı sayıq olmağa çağırır.
“Son hadisələr bunun çox dəyişkən alət olduğunu nümayiş etdirdi və həmin dəyişkənlik qalacaq. Əhalini kriptovalyuta ilə əməliyyatlar zamanı ehtiyyatlı olmağa çağırıram”, - E.Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun rəyinə görə, “kriptovalyuta - çox riskli investisiyalar, tənzimlənməyən alətdir”.
Öncə E.Rüstəmov bəyan edib ki, AMB-nin kriptovalyutaya dair mövqeyi konservativ olaraq qalır. **
N.Abbasova