İlkin məlumatlara əsasən, Rusiyanın Moskva vilayətində qəzaya uğrayan “An-148” tipli təyyarənin göyərtəsində üç əcnəbi olub - İsveçrə, Azərbaycan və Qazaxıstan vətəndaşları. Bunu Rusiyanın nəqliyyat naziriMaksim Sokolov deyib.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində İsveçrə, Azərbaycan və Qazaxıstandan üç əcnəbi vətəndaş olub”, - M.Sokolov bazar ertəsi təyyarə qəzası ilə əlaqədar yaradılan hökumət komissiyasının iclasında bildirib.
O, RF Xarici İşlər Nazirliyinin nümayəndələrindən “An-148” təyyarəsinin göyərtəsində vətəndaşlarının olduğu ölkələrin diplomatik nümayəndələri ilə qarşılıqlı əlaqə barədə məruzə etməyi xahiş edib. **