İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 200 cinayət faktı qeydə alınıb, onların 27-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
F.İsazadə