Məcburi Köçkünlərin Sosial İnkişafFondu Bakının Qaradağ rayonun “Ümid” qəsəbəsində müxətlif işlərin həyata keçirilməsi üçün 9 müqavilə bağlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bağlanan müqavilələrin ümumi dəyəri 20 mln. 567,971 min manat təşkil edir.
Xüsusilə, “Azeri servis LTD”, “Rabitəinşaat”, “Lanel”, “Şəms-95” şirkətləri ilə 300 ailə üçün 4 beşmərtəbəli binanın tikintisi üçün müqavilələr imzalanıb. 4 binanın tikintisinə müqavilələrin məbləği 15 mln. 549,868 min manat təşkil edib.
Dəyəri 3 mln. 14,616 min manat məbləğində iri müqavilələrdən biri “Tunel-Metroİnşaat”MMCilə imzalanıb. Müqaviləyə əsasən, MMC qəsəbənin ərazisində 140 nəfərlik uşaq bağçası, inzibati bina və tibb məntəqəsi inşa edəcək.
Digər müqavilələr istilik, qaz təchizatı sistemlərinin yaradılması, abadlaşdırma işləri, kanalizasiya və elektrik təchizatı şəbəkəsi sistemlərinin yaradılmasını nəzərdə tutur. **
B.Rüstəmbəyov