“İpotekavəKredit Zəmanət Fondu” ASC 2018-ci il üçün investisiya məsləhətçilərini müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
“Keçirilən tenderin nəticələri üzrə “AzFinance” İnvestisiya Şirkəti” QSC ərizələrin qəbulu və qiymətli kağızlarla əməlyyatların icraçısı üzrə məsləhətçi, “PSC-Capital” İnvestisiya Şirkəti” QSC qiymətli kağızların yerləşdirilməsi və anderrayteri üzrə məsləhətçi seçiliblər”, - Fonddan qeyd ediblər.
Fevralın 8-də “PSC-Capital”, fevralın 9-da “AzFinance” ilə investisiya xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.
Azərbaycan prezidenti İlham Əliyev 26 dekabr 2017-ci il tarixində “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv olunması və “İpotekavəKredit Zəmanət Fondu” ASC-nin yaradılmasına dair sərəncam imzalayıb. **
A.Əzizov