İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 2006-2018-ci illərdə 21,548 min ipoteka krediti verilib.
Fondun saytında dərc edilmiş məlumata görə, indiyədək İKZF-nin xətti ilə 964 mln. 552,568 min manat məbləğində ipoteka krediti verilib.
Son 15 gün ərzində fondun agent bankları tərəfindən 10 mln. 246,19 min manat məbləğində kredit verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
A.Əzizov