Azərbaycanın vergi sistemində cari islahatların əsas vəzifəsi onun şəffaflığını və stimullaşdırıcı rol oynamasını təmin etməkdir. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
"Bizim əsas vəzifəmiz vergi sistemində şəffaflığı təmin etməkdir. Hazırda biz özəl sektorda yoxlamalar zamanı aşkarlanan problemlərin aradan qaldırılması üzərində işləyirik", - deyə o, bu gün "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Vergilər Nazirliyi kadr siyasətində də dəyişikliklər edir və bu istiqamətdə müəyyən addımlar atılıb.
M.Cabbarov əlavə edib ki, vergitutma bazasının genişləndirilməsinə yönəlmiş stimullaşdırıcı vergi siyasəti həyata keçiriləcək.
O, həmçinin qeyd edib ki, vergi orqanları vergi ödəyicisinin səhvə yol verməsini gözləməməli, əksinə, onu xəbərdar etməlidir.*
B.Rüstəmbəyov