1 fevral 2018-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 106,635 min təşkil edir. Bu barədə İB-dən məlumat verilib.
“Yanvarda İB-də əhali sektoru üzrə 9,493 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 7,324 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 2,169 mini isə regionların payına düşüb”, - məlumatda bildirilir.
İB-nin məlumatına görə, Azərbaycanda qeyri-əhali sektoru üzrə 478 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.**
N.Abbasova