Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) prezidenti, “Deloitte” şirkətinin ölkədəki idarəedici partnyoruNuran Kərimov kiçik biznes üçün vergi yükünün azaldılmasını zəruri hesab edir.
“Fiskal vergi yükünə təkrar baxılmalıdır. Bu gün kiçik biznes üçün vergi yükü yüksəkdir və təkrar baxılmasına ehtiyac var”, - N.Kərimov bu gün “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda gələcəkdə vətəndaşlar üçün gəlirlərin deklarasiya olunmasının tətbiqinə zərurət var.
Həmçinin N.Kərimov vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi məqsədilə vergi inzibatçılığının təkmilləşdirilməsini təklif edib. **
B.Rüstəmbəyov