Sberbank Investment Research şirkətininanalitikləriAzərbaycanda manatın tam üzən məzənnə rejiminin reallaşdırılmasını çətin hesab edirlər.
“Rəsmi məlumata əsasən, Azərbaycanda pul kütləsinin nəzarətdə saxlanılması rejimi qüvvədədir. Lakin, o cümlədən Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu verir (2018-ci ildə 6-8% çərçivəsində gözlənilir). 2017-ci ilin əvvəlində tənzimləyici manatın üzən məzənnəsinə keçib. Ancaq ötən ilin əksər dövründə Azərbaycan valyutası faktiki olaraq dollara bağlı vəziyyətdə qalıb. AMB sədri tənzimləyicinin tədricən manatın tam üzən məzənnəsinə keçəcəyini təsdiq edib, lakin bu proses kifayət dərəcədə zəif olacaq”, - SIR-in hazırladığı “Bugünkü borc bazarları” adlı analitik icmalda qeyd edilir.
Bununla yanaşı, şirkətin analitikləri hesab edirlər ki, Azərbaycanda manatın tam üzən məzənnəsini tətbiq etmək çətin olacaq. “Aşağı likvidlik və valyuta bazarında dövlətin üstün mövqelərini nəzərə alaraq, hesab edirik ki, manatın tam üzən məzənnə rejimini reallaşdırmaq çətin olacaq”, - icmalda vurğulanır. **
A.Əzizov