Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASTMK) sadələşdirilmiş vergi ödəyiciləri üçün illik dövriyyənin həcminin 500 min manatadək artırılmasını təklif edir.
«Biz sadələşdirilmiş vergi ödəyiciləri üçün illik dövriyyənin həcminin mövcud 200 min manatdan 500 min manatadək artırılmasını təklif edirik», - deyə konfederasiyanın prezidenti Məmməd Musayev bu gün “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda bildirib.
Qeyd edək ki, konfransda deputatlar da bu məbləğin 300-400 min manatadək artırılmasına dair təkliflər səsləndiriblər.*
B.Rüstəmbəyov