Yaxın zamanda Azərbaycan və Çin turizm sahəsində əməkdaşlığa dair Memorandum imzalamağı planlaşdırır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün mətbuat konfransında bildirib.
“Çin dünyanın müxtəlif ölkələrinə qrup şəklində turist səfərləri təşkil edir. Beləliklə, Çindən turist axını 120 mln. nəfər təşkil edir. Azərbaycan bu turist axının cəlb edilməsində maraqlıdır və yaxın zamanda Çin ilə turizm sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması gözlənilir”, - Ş.Mustafayev vurğulayıb.
Onun sözlərinə görə, Memorandum Çindən Azərbaycana qrup şəklində turist səfərlərinin təşkilini nəzərdə tutur.
“Bu, Azərbaycana xarici turistlərin axınına ciddi təsir göstərəcək”, - nazir əlavə edib. **
N.Abbasova