Çinşirkətləri Azərbaycan iqtisadiyyatına $770 mln. həcmindəsərmayə yatırıb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün mətbuat konfransında məlumat verib.
“Çintərəfi indiyədək Azərbaycan iqtisadiyyatına $770 mln. həcmindəsərmayə yatırıb. İnvestisiyaların strukturundaneft sektoru üstünlük təşkil edir. Ancaq biz qeyri-neft sektoruna da investisiyaların artması üçün çalışmalıyıq", - deyə o bildirib.
Nazir qeyd edib ki, Çinlə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün 2018-ci ildə Şanxay və Urumçiyə ixrac missiyalarının təşkili planlaşdırılır.
«Bundan başqa, Azərbaycan məhsulları 5-10 noyabr 2018-ci il tarixlərində Şanxayda keçiriləcək Beynəlxalq İdxal Sərgisində təqdim olunacaq. Azərbaycanın bu sərgidə iştirakı üçüngötürdüyü ərazinin sahəsi 2 dəfə artırılıb», - deyə Ş.Mustafayev əlavə edib.
O vurğulayıb ki, Azərbaycan Çin bazarına kənd təsərrüfatı məhsullarının, o cümlədən fındıq, mineral sular, emal sənayesi məhsullarının ixracında maraqlıdır.
«Azərbaycan Çin şirkətləri tərəfindən sərmayə qoyuluşlarına açıqdır. Çin tərəfindən ölkə ərazisində sənaye parkının açılmasına dair təklif daxil olub və hazırda bu təklif öyrənilir», - deyə iqtisadiyyat naziri bildirib.
Onun sözlərinə görə, Çin yüklərin Azərbaycan ərazisindən tranzitlə Avropaya, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınması üçün prioritet istiqamətdir.*
N.Abbasova