Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonunda Hövsan qəsəbəsində yaşayış kompleksində çoxmərtəbəli yaşayış evlərinin tikintisi üçün podratçı seçir. Bu barədə agentliyin elanında deyilir.
Seçim açıq tender üsulu ilə aparılır.
Tenderin şərtlərinə əsasən işlərə yeddi mərtəbədən ibarət 2 saylı yaşayış binasının tikintisi daxildir.
Tenderdə iştirakın dəyəri 1000 manatdır.
Şirkətlərdən tender təkliflərinin qəbulu fevralın 22-dən martın 5-dək uzadılıb. Tender prosedurunun tarixi fevralın 23-dən martın 6-na keçirilib. **
N.Abbasova