2017-ci ildə “Bakı” istilik elektrik stansiyasında (İES) 401,3 mln. kilovatsaat elektrik enerjisi istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” ASC-dən məlumat verilib.
Qeyd edək ki, 2016-cı ildə “Bakı” İES-də 469,4 mln. kilovatsaat elektrik enerjisi istehsal edilib. Beləliklə, 2017-ci ildə stansiyada hasilat 14,5% azalıb.
2018-ci ilin yanvar ayında İES-də 29,7 mln. kilovatsaatdan çox elektrik enerjisi istehsal olunub.
“Bakı” İES-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir. Stansiya 2001-ci ildə istifadəyə verilib.*
N.Abbasova