Azərbaycan İlahiyyat İnstitutunda müxtəlif dinlərin nümayəndələri ödənişsiz tədris ala biləcəklər. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
“İnstitutda müsəlmanlarla bərabər digər dinlərin nümayəndələri tədris ala biləcəklər”, - A.Paşazadə çərşənbə günü bildirib.
Onun sözlərinə görə, İstitutda tədris ödənişsiz olacaq.
Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Azərbaycanİlahiyyat İnstitutununyaradılması haqqında sərəncam imzalayıb. İnstitutunyaradılmasında əsas məqsəd “dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir”.
Aİİ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olacaq. Bununla belə, İnstitut Bakı Dövlət Universitetinin strukturuna daxil ediləcək. **
F.İsazadə