1 yanvar 2018-ci il tarixinə Azərbaycanda tikinti sektorunda fəaliyyət göstərən 102,7 min nəfərin orta aylıq əmək haqqı 780,7 manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Statistik məlumatlara əsasən, 52,9 min nəfər binaların tikintisi seqmentində, 24,9 mini - mülki təyinatlı obyektlərin tikintisi, 24,9 mini - ixtisaslaşmış tikinti işlərin həyata keçirilməsində məşğuldur”, - DSK-dən qeyd ediblər.
Bununla belə, bu sektorda çalışanların 27,4%-i dövlət sektoru, 72,6%-i özəl tikinti şirkətlərinin payına düşür.
1 yanvar 2018-ci il tarixinə sektor üzrə orta aylıq əmək haqqı 780,7 manat təşkil edir, bu da 2016-cı ilin sonuna olan göstəricidən 4,1% azdır. Özəl tikinti şirkətlərində çalışanların orta əmək haqqı 884,5 manat, dövlət sektorunda - 522,8 manatdır. **
B.Rüstəmbəyov