2019-cu il yanvarın 1-dən Azərbaycanda 15 yaşı tamam olmamış şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsinə görə 25 manat dövlət rüsumu alınacaq.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik qəbul edilib.
Dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü ərzində verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.*
B.Rüstəmbəyov