Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindəçərşənbə günü “Texniki tənzimləmə haqqında” qanun layihəsi müzakirə olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına görə, sənəd Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.
“Texniki tənzimləmə haqqında” qanun layihəsi mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləməninin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.
Sənədə əsasən, dövlət texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən ediləcək, texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətini, texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığı təmin olunacaq.
Bundan əlavə, yeni qanun layihəsi ilə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə Məlumat Mərkəzi yaradılacaq.
Müzakirələrin yekunlarına dair Komitə üzvləri qanun layihəsinin parlamentin plenar iclasında baxılması üçün tövsiyyə ediblər. **
B.Rüstəmbəyov