"Baker Tilly Azerbaycan" MMC “Azərsu” ASC-nin 2017-ci il üzrə maliyyə hesabatının beynəlxalq maliyyə hesabatı standartlarına (BMHS) uyğun auditini keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“"Baker Tilly Azerbaycan” “Azərsu” ASC-nin 2017-ci il üzrə maliyyə hesabatının auditini keçirəcək. Fevralın 8-də tərəflər arasında müvafiq müqavilə bağlanıb", - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 40,12 min manatdır.
2016-cı ildə “Azərsu” ASC-nin auditi “Ernst & Young” şirkəti tərəfindən keçirilib.*
B.Rüstəmbəyov