Xarici işlər naziri Elmar Məmmədyarov 16-17 fevral tarixlərində Almaniyaya işgüzar səfərə gedəcək.
“E.Məmmədyarov 16-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedəcək”, - deyə XİN-in məlumatında qeyd olunur.
Səfər çərçivəsində nazir konfransda çıxış edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.*
F.İsazadə