"Fitch Ratings" beynəlxalq reytinq agentliyi SOCAR-ın (ARDNŞ) emitentin uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin yaydığı məlumatda deyilir.
Reytinq üzrə proqnoz stabildir.
SOCAR-ın qısamüddətli reytinqi "B" səviyyəsində təsdiqlənib.
Şirkətin bütün reytinqləri azalma imkanı ilə понижения (Rating Watch Negative, RWN) təkrar baxılmadan istsina olunub.
Fitch qeyd edir ki, SOCAR-ın reytinqləri Azərbaycanın suveren reytinqinə müvafiqdir.
Məlumatda vurğulanır ki, neftin qiymətinin daha aşağı olması, yüksək kapital xərcləri və ticarət biznesinin genişləndirilməsi şirkətin azad pul axının (FCF) mənfi olmasına səbəb olub. Bununla belə, agentlik qeyd edir ki, 2018-ci ildə boru kəməri layihələrinin tikintisi (TANAP və TAP - İF) və Türkiyədə STAR neft emalı zavodunun inşası başa çatması 2019-2020-ci illərdə SOCAR-ın kapital xərclərini 2017-ci ildə 4,3 mlrd. manatdan təqribən 2 mlrd. manatadək azaldacaq.
Şirkətin gələıcəkdə borcunun artması dünya bazarlarında neftin yüəksək qiyməti ilə əlaqədar məhdud və 2018-ci ildə dövlət subsidiyalarının həcminin 2017-ci ildə 0,5 mlrd. manata qarşı 1,9 mlrd. manatadək artması ilə əlaqədar gözlənilən olacaq.
Məlumatda bildirilir ki, SOCAR-ın qiymətləndirmələrinə əsasən, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində şirkətin ümumi xərcləri 2018-ci il fevral ayına olan vəziyyətə $2,7 mlrd. təşkil edəcək.
Fitch “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsinə dair sazişin 2049-cu ilə qədər uzadılmasını həm Azərbaycan, həm də SOCAR üşün müsbət amil hesab edir.
Vurğulanır ki, 2017-ci ildə SOCAR neft ilə ticarət əməliyyatlarını sutkada 2,1 mln. barelə qədər artırıb. **
A.Əzizov