2018-ci ildə Rusiyada ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Bunu Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev deyib.
"Bu il Rusiyada ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Hazırda bu tədbirə hazırlıq gedir”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Müvəqqəti işlər vəkili hesab edir ki, iclasda ikitərəfli əməkdaşlıq çərçivəsində yeni vəzifələr və hədəflər müəyyən ediləcək.
Komissiyanın əvvəlki, 16-cı iclası 2016-cı ilin dekabr ayında Bakıda keçirilib. Azərbaycan tərəfdən komissiyanın həmsədri baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfdən isə baş nazirin müavini Dmitri Roqozindir.*
A.Əzizov