Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev ikitərəfli münasibətlərin səviyyəsini yüksək qiymətləndirir.
“Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq ən yüksək səviyyədədir. Biz strateji tərəfdaşlığımızı inkişaf etdiririk, iki ölkə prezidentləri arasında yaranan münasibətləri çox qiymətləndiririk”, - O.Muraşev cümə axşamı bildirib.
Onun sözlərinə görə, yaz aylarında həm Rusiya, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. “Biz həm Rusiya, həm də Azərbaycanda seçicilərin düzgün səs verəcəyinə inanırıq. Gələcək onların seçimindən asılı olacaq. Buna görə bütün vətəndaşlara keçiriləcək siyasi tədbirlərdə fəal iştirak arzu edirik”, - o əlavə edib.
Martın 18-də Rusiyada növbəti prezident seçkiləri, aprelin 11-də isə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. **
A.Əzizov