Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili bəyan edib ki, Cənun Qaz Dəhlizinin genişləndirilməsi və “Şahdəniz” layihəsinin Mərhələ-2-nin başa çatdırılması həm region, həm də xüsusilə Gürcüstan üçün mühüm önəm kəsb edir.
“Bu gün Gürcüstanın əldə etdiyi Azərbaycanın təbii qazının həcmi praktiki olaraq iki fədə artacaq. Əgər biz indi 800 mln. kubmetr qaz alırıqsa, 2022-ci ilə qədər bu həcm 1,6 mlrd.-a qədər artacaq”, - D.Kumsişvili cümə axşamı Azərbaycana səfəri zamanı "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışında deyib. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat verir.
Nazirin sözlərinə görı, “bu, təbii ki, ölkənin iqtisadi inkişafı və enerji təhlükəsizliyinə təsir edəcək”.
Məlumatda qeyd olunur ki, D.Kumsişvili Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, xüsusilə “CQD”, “Bakı-Tbilisi-Qars”, “Bir kəmər-bir yol”və s. kimi beynəlxalq layihələrə dair müzakirələr aparılıb. **