2017-ci ildə Azərbaycan 32 mln. 845 min ton neft ixrac edib ki, bu da 2016-cı ilin göstəricisindən 6,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $12 mlrd. 300 mln. 777,8 min (artım 19,5%) təşkil edib”, - məlumatda bildirilir.
2017-ci il ərzində ixrac edilmiş $10 mlrd. 706 mln. 817,8 min məbləğində neftin bəyan edilmiş həcmi 27 mln. 227,9 min ton təşkil edib.
2016-cı ildə Azərbaycandan 35 mln. 30,3 min ton neft ixrac olunub.**
N.Abbasova