Azərbaycan 2017-ci ildə 8 mlrd. 859,7 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2016-cı ilin göstəricisindən 10,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat ilində Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $1 mlrd. 263 mln. 704,7 min (artım 10,2%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
2017-ci ildə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $1 mlrd. 193 mln. 712,4 min dəyərində 7 mlrd. 543,5 mln. kubmetr qaz ixrac edilib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.*
N.Abbasova