2018-ci ilin yanvar ayında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 698,5 mln. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 29,3%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - məlumatda bildirilir.
Ümumilikdə yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 2 mlrd. 380 mln. kubmetr qaz nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,3% çoxdur.
2017-ci ildə “Şahdəniz” yatağıın işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 314,2 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.**
N.Abbasoba