Azərbaycan aperlin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində monitorinq aparmaq məqsədilə Avropa İttifaqı və ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun müşahidçilərini dəvət edib. Bunu Avropa İttifaqının(Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas deyib.
“Azərbaycan seçkilərin monitorinqini aparmaq üçün Aİ-yə dəvətnamə ünvanlayıb”, - K.Yankauskas cümə günü jurnalistlərə bildirib.
O qeyd edib ki, həmçinin Azərbaycan tərəfi ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosuna dəvətnamə ünvanlayıb. “Aİ hər zaman ATƏT/DTİHB-nin təcrübəsinə əsaslanır. Hazırda bu məsələyə baxılır”, - K.Yankauskas qeyd edib. **
F.İsazadə