Albaniyanın “Albgaz”, Monteneqronun “Monteneqro Bonus” və Xorvatiyanın “Plinacro” şirkətləri İonik-Adriatik Boru Kəmərinin (İAP) layihələndirilməsi üçün yeni şirkət təsis edəcək. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Bu şirkətlər arasında İAP layihələndirmə şirkətinin təsis olunmasına dair niyyət məktubu fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında imzalanıb”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov