İtaliyanın Bakıdakı səfiri Auqusto Massari Azərbaycana turist axının artacağına ümid edir.
“Azərbaycanla turizm sahəsində əməkdaşlığı yüksək qiymətləndirirəm. Ötən il ərzində 10 minə yaxın viza verilib. Vizaların bir hissəsinin biznes-vizaları olmasına baxmayaraq, Azərbaycandan turist axının artım tendensiyası mövcuddur”, - A.Massari cümə günü mətbuat konfransında bildirib.
O, Azərbaycanda italiyalı turistlərinin az olmasından təəssüf edib, lakin tezliklə onların sayının artacağına ümid edir. “Turist axının artımına ümid edirik, çünki Azərbaycanda turizm sahəsinin inkişafına önəm verilir. Xüsusilə, Mədəniyət Turizm Nazirliyi turizm sektorunun inkişafı üçün səy göstərir”, - səfir vurğulayıb.
A.Massari qeyd edib ki, italiyalı turistlər çox vaxt Bakıda İtaliyanın brend mağazalarında alış-veriş həyata keçirirlər. “Çox vaxt İtaliyadan Bakıya gələn turistlər İtaliya məıhsullarının satıldığı yerli brend mağalarında şopinqlə məşğul olurlar. Beləliklə, bütün tərəflər üçün win-win vəziyyəti yaranır”, - diplomat əlavə edib. **
F.İsazadə