“Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı iş yerində intihar edib. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
“İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib”, - deyə məlumatda bildirilir.
Hadisə saat 11 radələrində baş verib.
1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzifəsində işləyib.
“İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depressiyadan əziyyət çəkib və müalicə olunurdu”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə