2018-ci ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 3 mlrd. 882,3 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 11,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar ayının yekunları üzrə orta illik inflyasiya 5,5% təşkil edib.
Statistik məlumatlara görə, hesabat ayında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 10,7% - 396,9 min manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 3 mlrd. 576,4 mln. manat qalır ki, bu da 2017-cı ilin yanvar ayının göstəricisindən 12,4% çoxdur.
2017-ci ildə əhalinin nominal pul gəlirləri 8,3% artıb.**
B.Rüstəmbəyov