Hacıqabul Sənaye Məhəlləsində tikinti işlərinin I mərhələsi 2018-ci ilin III rübündə başa çatacaq.
«Sənaye Məhəlləsi ərazisində həyata keçiriləcək layihələr çərçivəsində 43 mln. manat investisiya yatırılacaq və 850-dən çox iş yeri yaradılacaq”, - deyə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
O deyib ki, "ATEF Sənaye Kompleksi" MMC Hacıqabul Sənaye Məhəlləsinin ilk rezidenti kimi qeydiyyata alınıb.
«Sənaye Məhəlləsində ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur”, - deyə müavin qeyd edib.*
B.Rüstəmbəyov