2017-ci ildə Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 15 mlrd. 718 mln. 142,01 min manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 12% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
2017-ci ildə Azərbaycanda korporativ qiymətli kağızlarla əməliyyatların həcmi 58% - 3 mlrd. 659 mln. 905,187 min manata qədər azalıb.
Xüsusilə səhmlərlə əməliyyatların həcmi 2 mlrd. 31 mln. 538,583 min manat (artım 2,2 dəfə), o cümlədən ilkin bazarda 1 mlrd. 871 mln. 364,639 min manat (artım 3,3 dəfə), təkrar bazarda 160 mln. 173,944 min manat (azalma 54%) təşkil edib.
2017-ci ildə korporativ istiqrazlarla əməliyyatların həcmi 79% - 1 mlrd. 628 mln. 366,604 min manata qədər azalıb, o cümlədən ilkin bazarda manatda nominallaşdırılmış istiqrazlarla əməliyyatların həcmi 269 mln. 845,132 manat (azalma 96%), ilkin bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 126 mln. 667,725 min manat (azalma 31%), təkrar bazarda manatda nominallaşdırılmış istiqrazlarla 916 mln. 697,584 min manat (artım 12,4 dəfə), təkrar bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 315 mln. 156,163 min manat (artım 4,2 dəfə) təşkil edib.
MBNP-nin məlumatına görə, 2017-ci ildə dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 7,3 dəfə - 6 mlrd. 66 mln. 555,138 min manata qədər artıb.
Bu dövrdə törəmə qiymətli kağızlarla əməliyyatların həcmi 5 mlrd. 940 mln. 130,521 min manat (artm 33,8%) təşkil edib.**
A.Əzizov