Cari həftə Azərbaycan İordaniya və Misir ilə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyaların növbəti iclaslarını keçirəcək.
“19-20 fevral tarixində Əmmanda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. 21-22 fevralda isə Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Hökumətlərarası Komissiyaların iclasları keçiriləcək”, - İqtisadiyyat Nazirliyindən məlumat verilir.
İclaslarda Azərbaycan-İordaniya və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı, komissiyaların sonuncu iclaslarından ötən dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
İclaslarda Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat naziri Şahin Mustafayev rəhbərlik edəcək. **
B.Rüstəmbəyov