2017-ci ildə Azərbaycanda 1,2 mln. ton taxılın alışı üçün $227 mln. vəsait sərf edilib. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
“2016-cı ildə ölkəyə 1,6 mln. ton taxıl idxal olunub, keçən il isə göstərici 1,2 mln. tona qədər azalıb. Buna baxmayaraq, taxıl alışına $227 mln.-a yaxın vəsait xərclənib”, - H.Əsədov nazirliyin geniş kollegiya iclasındakı çıxışında bildirib.
Nazirin sözlərinə görə, araşdırmalar göstərir ki, idxal olunan taxılın təxminən 37%-i 1-3-cü sinif taxıllardır.Digər növ taxıllar texniki təyinatlı taxıldır. “Bunu özümüz də asanlıqla istehsal edə bilərik.Bu işin təşkili, texniki təminatın üçün müəyyən işlər görülüb”, - H.Əsədov qeyd edib. **
B.Rüstəmbəyov