Azərbaycan UkraynaBeynəlxalqAlyansınınsədri Elmar Məmmədov keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Truskavets şəhərində seçki məntəqəsi açmaq təklifi ilə Azərbaycan Mərkəzi Seçki Komissiyasına müraciət edib.
“Truskavets şəhəri daxil olmaqla, Lvov vilayətinin kurortlarında il boyu 4 minə yaxın Azərbaycan vətəndaşı istirahət edir. Bununla əlaqədar, rəhbərlik etdiyim Alyans MSK-yə keçiriləcək prezident seçkilərində Azərbaycan vətəndaşlarının azad, gizli və şəffaf səsverməsi üçün Trukavetsdə seçki məntəqəsi açmağı təklif edib”, - E.Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, səsvermə məntəqəsinin açılması üzrə bütün təşkilati tədbirləri Alyans öz üzərinə götürür. **
F.İsazadə