Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Ramazan Bəkirovun aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Beləliklə, prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 13-ə çatıb.
MSK artıq namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiya tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyevin, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslının və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun, prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin və prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.*
F.İsazadə