2017-ci ildə Azərbaycana 1 mln. 274,4 min ton buğda idxal edilib ki, bu da 2016-cı ilin göstəricisindən 20,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $227 mln. 167,8 min (azalma 23%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $169 mln. 757 min dəyərində (artım 11,1%) 368,7 min ton şəkər xammalı və şəkər (artım 1%), $121 mln. 162,4 min dəyərində (azalma 2,8%) 131 min ton bitki yağı (azalma 5,3%), $53 mln. 984,1 min dəyərində (artım 20,7%) 13 min 585,4 ton çay (artım 7,7%), $66,9 mln. dəyərində (artım 38,3%) 13 min 811,1 ton kərə yağı və süd (azalma 38,3%) idxal edilib.
Ötən il ərzində respublikaya $26 mln. 472,6 min dəyərində (artım 92,1%) 9 min 255,4 ton iri buynuzlu heyvan əti, $31 mln. 24,6 min dəyərində (artım 52,3%) 25 min 829,6 ton quş əti və ondan məmulatlar (artım 5,7 dəfə) idxal edilib.
2017-ci ildə $67 mln. 129,8 min dəyərində (аrtım 5,6%) 74 min 939,2 ton meyvə (artım 3,8%), $15 mln. 241,5 min dəyərində (azalma 12,6%) 28 min 83,2 ton tərəvəz (azalma 38,8%), $33 mln. 46,9 min dəyərində (azalma 2,2%) 160,4 min ton kartof (azalma 12,3%) idxal edilib.
Hesabat ilində ölkədən $184 mln. 207,6 min dəyərində (artım 62,7%) 229,7 min ton tərəvəz (artım 84,5%), $292 mln. 48,7 min dəyərində (artım 20%) 260,7 min ton meyvə (artım 21,6%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $39 mln. 515,1 min dəyərində (azalma 36,3%) 61 min 206 ton şəkər (azalma 43,5%), $9 mln. 887,3 min dəyərində (azalma 7,7%) 9 min 491,7 ton bitki yağı (azalma 7,4%) ixrac edilib.
Həmçinin ötən il Azərbaycandan $10 mln. 264,2 min (аrtım 63,8%) dəyərində 9 min 627,2 ton meyvə və tərəvəz şirələri (artım 57,3%), $6 mln. 8,6 min (аrtım 67,6%) dəyərində 375 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi, $5 mln. 124,5 min (аrtım 0,5%) 5 min 950,5 ton meyvə və tərəvəz konservləri (artım 3,2%) ixrac edib. **
B.Rüstəmbəyov