Prezident İlham Əliyev Rasim Rzayevin Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bundan başqa, prezidentin digər sərəncamı ilə Pərviz İsmayılzadə Azərbaycanın Batumi şəhərində baş konsulu vəzifəsinə təyin edilib.
Müvafiq sərəncamlar fevralın 19-da imzalanıb.*
F.İsazadə