Fevralın 21-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Fevralın 21-də İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində İran nümayəndə heyəti Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlər keçirəcək.
Səfər fevralın 22-dək davam edəcək.*
F.İsazadə