“SOCAR-AQŞ” MMC Banqladeşdə üç quyunun qazılması üzrə Bangladesh Petroleum Exploration & Production Company Limited (BAPEX) şirkətinin podratçısı olub. Bu barədə SOCAR-dan (ARDNŞ) məlumat verilir.
“SOCAR AQŞ” BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeş Xalq Respublikasının “Semutang-Cənub-1”, “Begumganj-4” və “Madarganj-1” qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcək. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq”, - məlumatda qeyd olunur.
Bakıda “SOCAR AQŞ” və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (“BAPEX”) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanıb. Sənəd Banqladeş nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanıb.
“Banqladeşin neft-qaz yataqlarının işlənməsində “SOCAR AQS”-nin iştirakını yüksək qiymətləndirir və “BAPEX” ilə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”, - məlumatda SOCAR AQŞ-nin baş direktoru Ramin İsayevin sözlərindən sitat gətilir. **
N.Abbasova