Fevralın 21-də Niderland Krallığının nümayəndə heyəti Azərbaycanda ASK sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edəcək. Bunu Niderland Krallığının səfiriOnnoKerversdeyib.
“Bakı ilə Amsterdam arasında əməkdaşlıq yüksək səviyyədədir. Biz Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və bir sıra digər sahələrdə iştirak edirik”, - O. Kervers çərşənbə axşamı jurnalistlərə bildirib.
Diplomatın sözlərinə görə, hazırda tərəflər bir sıra istiqamətlərə üzrə ticarət dövriyyəsinin genişləndirilməsi üzərində işləyirlər.
O. Kervers qeyd edib ki, Azərbaycan və Niderlandın əməkdaşlılq etdiyi vacib layihələrdən biri - MOBILAZE-dır (Support to the Implementation of the Mobility Partnership with Azerbaijan).
“Bu cür layihələr ölkələrimiz arasında əlaqələrin artmasına şərait yaradır və əməkdaşlığımızın digər sahələrinə də müsbət təsir göstərir”, - səfir vurğulayıb.
Diplomat ildirib ki, tərəflər layihə çərçivəsində müxtəlif risklərin azalması üzərində çalışırlar. Buna qanunsuz miqrasiya, iqtisadi məqsədlərlə Aİ-yə üzv ölkələrinə səfər edən şəxslər üçün risklər, həmçinin iki ölkənin təhlükəsizlik riskləri daxildir. **
F.İsazadə