Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 22-də Belarusa işgüzar səfər edəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Səfər çərçivəsində Z.Həsənov bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək”, - deyə məlumatda bildirilir.
Bundan başqa, nazir Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edəcək.
Səfər Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə baş tutacaq.*
F.İsazadə