Fransanın TOTAL şirkəti 2018-ci ilin mart ayında “Abşeron” yatağında ABD-001 quyusunun qazma işlərinə başlamağı planlaşdırır.
“2018-ci ilin mart ayında ABD-001 quyusunun qazma işlərinə başlanacaq və 2019-cu ilin mart ayında başa çatacaq. Ümumilikdə qazma işləri 379 gün davam edəcək. Qazma işləri H.Əliyev adına yeni yarımdalma qazma qurğusu vasitəsilə həyata keçiriləcək”, - çərşənbə axşamı dərc olunan şirkətin “Abşeron” yatağında ABD-001 qaz-kondensat quyusunun qazılmasına dair Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Sənədində qeyd olunur.
Xəbər verildioyi kiimi, quyu suyun 450 metr dərinliyində qazılacaq. Quyunun gözlənilən sutkalıq debiti 2 min ton kondensat və 4,3 mln. kubmetr qaz təşkil edir.
“Abşeron” yatağının işlənməsi üzrə I faza illik 1,5 mlrd. kubmetr qaz hasilatını nəzərdə tutur. Yataqdan qaz hasilatına 2019-cu ilin sonunda başlanması planlaşdırılır. Hasil olunan qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.**
N.Abbasova