Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ildə şəhid ailələrindən, müharibə və 20 Yanvar əlillərindən ibarət olmaqla ümumilikdə 33,6 min nəfərin təqaüdünün artırılmasına 6 mln. manat məbləğində vəsait ayıracaq.
12556 şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10% artırılacaq və bu artımın həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 2,9 mln. manat əlavə vəsaitin ayrılması təmin olunacaq.
Bundan əlavə, 20744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin təqaüdünün artırılmasına 3 mln. manat vəsait yönəldiləcək.
Həmçinin 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 307 nəfərin təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 40,8 min manat təşkil edəcək. **
F.İsazadə