Fransanın TOTAL şirkəti 2020-ci ilin əvvəlində “Abşeron” yatağından ilk qaz hasilatına başlamağı planlaşdırır.
"“Abşeron” yatağından ilk qaz hasilatına 2020-ci ilin əvvəlində başlanılması planlaşdırılır. Birinci mərhələdə yataqdan sutkada 4,3 mln. kubmetr qaz və 12 min barel kondensat hasilatı nəzərdə tutulur", - deyə "Abşeron" yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsinə (ƏMSSTQ) dair hesabatda qeyd olunur.
Xatırladaq ki, TOTAL bu ilin mart ayında “Abşeron” yatağındakı ilk quyuda (ABD-001) qazma işlərinə başlamağı planlaşdırır. Qazma işləri 2019-cu ilin mart ayında yekunlaşacaq.
Quyu dənizin 450 metr dərinliyində qazılacaq.
Birinci mərhələ çərçivəsində hasil olunan qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.*
N.Abbasova