Fransanın TOTAL şirkəti 2018-ci ilin ortasında “Abşeron” yatağında qaz hasilatı üçün hasilat platformasının tikintisinə başlayacaq.
“Cari ilin ortasında hasilat platformasının inşası üzrə işlərə başlanılacaq. Ümumilikdə, 2018-ci ilin ortasından 2019-cu ilin sonuna kimi platformanın tikintisi və onun “Neft Daşları” yatağındakı infrasturktura birləşdirilməsi planlaşdırılır”, - şirkətin çərşənbə axşamı dərc olunan “Abşeron” yatağında ABD-001 qaz-kondensat quyusunun qazılmasına dair Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Sənədində qeyd olunur.
Şirkətin məlumatına görə, platforma Azərbaycanda meydançada yığılaraq dənizdə quraşdırılacaq.
Paltformanın elektrik enerjisi ilə təchizatı “Neft Daşları” yatağında müvafiq obyektlər hesabına həyata keçiriləcək.
“Platformada daimi məşəl nəzərdə tutulmayıb, meydana gələn çirkab suları isə “Neft Daşları” yatağının qurğularında ayrılaraq “Günəşli” yatağının dayazsulu hissəsində qatlara vurulacaq”, - sənəddə qeyd edilir.
Şirkət layihə çərçivəsində 2018-ci ilin ortasından “Abşeron” yatağından sahilə qaz tədarükü üçün qaz kəmərinin tikintisi planlaşdırılır. “Qaz kəmərinin tikinti işlərini 2019-cu ilin sonuna kimi başa çatdırmaq planlaşdırılır. “Tikinti işləri "İsrafil Hüseynov"boru kəməri çəkəngəmivə “Azərbaycan” kran gəmisindən istifadə olunmaqla həyata keçiriləcək”, - şirkətin materiallarında deyilir. **
N.Abbasova