2017-ci ildə Azərbaycana 180,5 min ton mineral gübrə idxal edilib ki, bu da 2016-cı ilin göstəricisindən 8,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $54 mln. 373,4 min (artım 5,3%) təşkil edib”, - məlumatda bildirilir.
Bundan başqa, 2017-ci ildə Azərbaycana $6 mln. 966,4 min dəyərində (azalma 61,1%) 30 min 504,6 ton sement və klinker (azalma 91,9%) idxal edilib.
Hesabat dövründə respublikaya $42 mln. 822 min dəyərində (artım 8,8%) 35 min 938,5 ton (artım 4,5%) polietilen idxal edilib.
2017-ci ildə Azərbaycana $194 mln. 429,7 min dəyərində 307,4 min ton metalyayma məhsulu (artım 5,6%), $56 mln. 617,5 min dəyərində 108,1 min ton qara metaldan hazırlanan çubuqlar (artım 10,7%), $26 mln. 335,5 min dəyərində 34 min 687,3 ton qara metaldan hazırlanan günyə (artım 22,2%), $255 mln. 479,1 min dəyərində 135,9 min ton qara metaldan hazırlanan boru (azalma 41,8%) idxal edilib.**
B.Rüstəmbəyov